Qriqoryan: “Azərbaycanla Ermənistan üçün arzuolunmaz koalisiya qurulur”


İsrail, Azərbaycan və ABŞ arasında mümkün üçtərəfli əməkdaşlıq Ermənistan üçün arzuolunmazdır.

Turkustan.az xəbər verir ki, bunu erməni politoloq Arman Qriqoryan deyib.

“Azərbaycanla İsrail arasında əməkdaşlığın böyük tarixi var, iki ölkə arasında sıx əlaqələr qurulub. İndi də İsrailin ABŞ-dəki ciddi təsir imkanları nəzərə alınaraq, Azərbaycanın da iştirakı ilə bu əməkdaşlığın üçtərəfli formata çevrilməsinə çalışılır. Bu, Ermənistanın maraqlarına uyğun deyil və onun üçün son dərəcə arzuolunmaz ssenaridir”, - ekspert bildirib.

Qriqoryan ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoffun ötən həftə Azərbaycana baş tutan səfəri ilə bağlı qeyd edib:

“Trampın xüsusi elçisinin Bakıya səfərinin təşəbbüskarı İsrail Baş naziri Benyamin Netanyahu və ABŞ, İsrail və Azərbaycan arasında koalisiya yaratmaqda maraqlı olan yəhudi dövlətindəki dini qrupların liderləridir. Məqsəd Bakının İbrahim sazişlərinə daxil edilməsidir.​​​”​​​

Politoloq həmçinin hesab edir ki, ABŞ Prezidenti Donald Trampın nümayəndəsinin Bakıya səfəri İsrail, Amerika və Azərbaycanın koordinasiyalı addımıdır. /teleqraf.az/


MANŞET XƏBƏRLƏRİ