Bakının tələbləri qəbul edildi, növbəti addım... - Martirosyan detalları açır


“Ermənistan Azərbaycana növbəti dəfə güzəştə getdi”.

Turkustan.az xəbər verir ki, bu barədə erməni politoloq Artur Martirosyan deyib.

Onun sözlərinə görə, Ermənistan tərəfi bir daha Qarabağ məsələsini bağladığını nümayiş etdirdi: “Azərbaycan məhz bunu tələb edirdi. Beynəlxalq məhkləmələrdəki iddialara gəlincə, deyə bilərəm ki, Paşinyan Praqda Qarabağı Azərbaycan ərazisi kimi tanıyandan sonra bunun nəticələri oldu və Bakının əlini gücləndirdi. Çünki Azərbaycan tərəfi Paşinyanın bəyanatından istifadə edərək məhkəmələrə müraciət edə bilər. Burada məntiq çox sadədir: Qarabağın Azərbaycan ərazisi olduğunu etiraf edirsinizsə, onda sizin pasportlarınız bu ərazidə nə gəzirdi?! Paşinyan Azərbaycanın istədiklərini verdi”.

Erməni politoloq qeyd edib ki, Ermənistan konstitusiyasının dəyişdirilməsi də tamamilə Azərbaycanın tələblərinə uyğun olacaq. /publika.az/


MANŞET XƏBƏRLƏRİ

PrevNext
Mart 2025
B.E.Ç.A.Ç.C.A.C.Ş.B.
     12
3456789
10111213141516
17181920212223
24252627282930
31