Sülh sazişi razılaşdırıldı: Bakının əsas narahatlığı qalır


Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanması istiqamətində mühüm irəliləyiş əldə olunub. Hər iki ölkə sənədin mətninin razılaşdırıldığını bildirir. Lakin bu, real sülh prosesinin yalnız başlanğıcıdır və bəzi vacib məsələlər açıq qalır.

Bu sözləri Axar.az-a gürcü politoloq Gela Vasadze Bakı və İrəvan arasında sülh sazişi layihəsinin mətni üzrə danışıqların yekunlaşması haqqında danışarkən deyib.

“Əsas suallardan biri Bakının Ermənistan Konstitusiyasına dəyişiklik edilmədən bu müqaviləni imzalamağa razı olub-olmayacağıdır. Ermənistan Konstitusiyasında Azərbaycanın ərazi bütövlüyünə zidd müddəaların olması rəsmi Bakının əsas narahatlıqlarından biridir”, - o bildirib.

Qeyd edək ki, ötən gün XİN başçısı Ceyhun Bayramov Ermənistanın Azərbaycanın tələblərini qəbul etdiyini və sülh sazişi mətninin tam razılaşdırıldığını bildirib. Ermənistan tərəfi də məlumatı təsdiqləyib.


MANŞET XƏBƏRLƏRİ

PrevNext
Mart 2025
B.E.Ç.A.Ç.C.A.C.Ş.B.
     12
3456789
10111213141516
17181920212223
24252627282930
31