Paşinyandan sülh müqaviləsi ilə bağlı - Açıqlama


“Ermənistanla Azərbaycan arasında sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında Sazişin mətni üzrə danışıqlar mətn üzrə razılaşma ilə başa çatıb ki, bu da mühüm hadisədir”.

Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan parlament binası yaxınlığında jurnalistlərlə deyib.

“Biz artıq qeyd etmişik ki, mətn imzalanmağa hazırdır, imzalanma tarixləri və yeri ilə bağlı müzakirələrə başlamağa hazırıq. Azərbaycan Xarici İşlər Nazirliyi ikitərəfli formatda müzakirələrə başlamağa hazır olduqları barədə bəyanat yayıb. Onların öz ideyaları var, bizim öz ideyamız var və güman edirəm ki, bu müzakirələr zamanı biz bu ideyaları bir-birinə yaxınlaşdırmağa çalışacağıq”. Paşinyan qeyd edib.

Qeyd edək ki, Azərbaycan XİN bu gün rəsmi bəyanatla çıxış edərək Ermənistanla sülh müqaviləsi mətni üzrə danışıqların başa çatdığını təsdiqləyib. Ermənistan XİN də Azərbaycanla sülh sazişinin mətni üzrə danışıqların başa çatdığını təsdiqləyib. Bundan əlavə, İrəvan Bakı ilə sülh müqaviləsinin imzalanma vaxtı və yerini müzakirə etməyə hazır olduğunu bildirib. /Cebheinfo.az/


MANŞET XƏBƏRLƏRİ