Bu cür müddəalar sülh müqaviləsində müzakirə olunmur.
Turkustan.az xəbər verir ki, bu sözləri Ermənistan parlamentinin vitse-spikeri Ruben Rubinyan Azərbaycanın Ermənistan-Azərbaycan sülh müqaviləsinin razılaşdırılmamış iki maddəsindən birinin Zəngəzur dəhlizi, digərinin isə Konstitusiyaya aid olması barədə məlumatı şərh edərkən deyib.
“Ermənistan Baş naziri Paşinyanın qeyd etdiyi kimi, hələlik razılaşdırılmamış iki məqam sərhəddə üçüncü qüvvələrin yerləşdirilməsi, digəri isə beynəlxalq strukturlarda bir-biri ilə bağlı şikayətlərlə bağlıdır. Bunu rəsmi Bakı da təsdiqləyib”, - deyə o qeyd edib. /axar.az/