Erməni nəşri: “Prosesə ordu da cəlb olunacaq, Göyçədən başlayacaq”


Redaksiyamıza yaxın vaxtlarda Gürcüstan istiqamətində Ermənistan-Azərbaycan sərhədində delimitasiya və demarkasiyası işlərinin aparılmasının planlaşdırıldığı barədə məlumat daxil olub. Hərbçilərin valideynlərinin dediklərinə görə, Ermənistan Silahlı Qüvvələri də bu prosesə cəlb olunacaq.

Turkustan.az xəbər verir ki, bu barədə Ermənistanda nəşr olunan “Joqovurd” qəzeti məlumat yayıb.

Nəşr bu informasiyanın doğru olub-olmadığını öyrənmək üçün Ermənistan baş nazirinin müavini Mqer Qriqoryanın ofisi ilə əlaqə saxlayıb.

Qurumdan bildirilib ki, sorğuda göstərilən məlumatlar həqiqətə uyğun deyil. Qriqoryanın ofisi qeyd edib ki, sərhədlərin müəyyən edilməsi və bu çərçivədə kompleks tədbirlər yalnız Azərbaycan və Ermənistanın sərhəd komissiyaları, eləcə də bu işə cəlb olunmuş ekspertlər və mütəxəssislər tərəfindən həyata keçirilir.

“Joqovurd” iddia edir ki, həmçinin onda demarkasiya prosesinin növbəti mərhələsinin Göyçə, Çəmbərək və Zod istiqamətlərində başlayacağı barədə də məlumat var. Nəşr prosesin konkret hansı nöqtələrdən başlayacağı ilə maraqlanmaq üçün Ermənistan Müdafiə Nazirliyi ilə əlaqə saxlayıb. Nazirlikdən sorğunun cavablandırılması üçün əlavə vaxt istənilib. /teleqraf.az/


MANŞET XƏBƏRLƏRİ