“Ermənistanda faşizm var. Faşizm sosializmlə, liberalizmlə, hətta daha çox millətçiliklə heç bir əlaqəsi olmayan dağıdıcı ictimai-siyasi sistemdir”.
Turkustan.az xəbər verir ki, bu barədə “Ermənistan referendumu” təşəbbüs qrupunun bəyanatında qeyd edilib.
“Ermənistan niyə açıq-aşkar düşmənçilik təhlükəsinə müqavimət göstərmir? Çünki Ermənistanda faşizm var.
Dəyərlər baxımından faşizm xristian əxlaqını rədd edir və bunun əvəzinə insanlar arasında ölümcül günahları təbliğ edir və aşılayır: tənbəllik, paxıllıq, qəzəb, hərislik, acgözlük, təkəbbür”.
Qeyd edək ki, Ermənistan 30 il müddətində Azərbaycana qarşı faşizm siyasəti yürüdüb. Rəsmi Bakı bunu ən yüksək səviyyədə bir neçə dəfə bəyan edib /Globalinfo.az/