Bakıya qarşı yeni “Vardanyan planı” – Putin hansı addımı atıb?


Rusiya Prezidenti yanında Vətəndaş Cəmiyyəti və İnsan Haqları Şurasının üzvü Eva Merkaçovanın Ermənistan Baş naziri Nikol Paşinyanla bağlı açıqlaması diqqət çəkib.

Merkaçova Paşinyanın Bakıda məhkəməyə çıxarılan “Dağlıq Qarabağ”ın keçmiş “dövlət naziri” Ruben Vardanyanı müdafiə edə biləcəyini, lakin qəsdən bundan yayındığını bildirib.

Bəzi ekspertlərin fikrincə, bunu Paşinyandan Rusiya Prezidenti Vladimir Putin istəyib. Belə bir iddianın məhz Bakı-Moskva gərginliyinin artdığı bir zamanada ortaya atılması diqqət çəkir.

Globalinfo.az-a danışan siyasi şərhçi Kənan Novruzov deyib ki, bu açıqlamanın Azərbaycanla Rusiya arasında “soyuq küləklərin əsdiyi” vaxtda səsləndirilməsi təsadüfi deyil:

“Düşünürəm ki, bu, Rusiyanın Azərbaycanla bağlı siyasətinin təzahürüdür. Amma Ermənistanın indiki zamanda Vardanyanla bağlı hərəkətə keçəcəyi gözlənilmir. Belə bir şeyin ancaq Rusiyanın təsiri ilə olması gözlənilə bilər.

08bZbRHikP1Dwhs6SRea
Kənan Novruzov

Nəticədə Moskva Bakı ilə İrəvan arasında münasibətlərin normallaşmasına mane olmaqla yanaşı, həm də Azərbaycana qarşı əlini gücləndirməyə çalışacaq. Əlbəttə, Bakının Vardanyanla bağlı mövqeyi konkretdir. O, heç bir halda Ermənistana qaytarılmayacaq”.

Qeyd edək ki, hərbi cinayətlərdə günahlandırılan Ruben Vardanyan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15-dən çox maddəsi üzrə ittiham olunur.


MANŞET XƏBƏRLƏRİ