Azərbaycanın cavabını gözləyirik - Armen Qriqoryan


Ermənistan sülh müqaviləsi məsələlərinə dair təkliflər verib və bu, bizim gündəmimizdə qalacaq.

Turkustan.az xəbər verir ki, bunu yanvarın 23-də jurnalistlərlə söhbətində Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan deyib.

O, sülh müqaviləsinin, delimitasiya və digər məsələlər baxımından Ermənistan üçün sülh gündəliyinin prioritet olduğunu bir daha vurğulayıb.

“Biz bütün mövcud problemlərin sülh yolu ilə həllini təklif edirik. Biz sülh müqaviləsi layihəsi ilə bağlı Azərbaycana təkliflər vermişik və Azərbaycanın cavabını gözləyirik. Təkliflər tərəflərin hələlik yekun razılığa gəlmədiyi iki maddəyə aiddir. Biz bu maddələrlə bağlı açıq şəkildə danışmışıq. "Ümid edirik ki, həll yollarını tapacağıq", - Qriqoryan qeyd edib. /modern.az/


MANŞET XƏBƏRLƏRİ