Niyə delimitasiya prosesi şimaldan başladı? - Mirzoyan


Bəzi ərazilər var ki, sərhədin delimitasiyası zamanı biz onlarla bağlı sənədlərimizi, əsaslandırmalarımızı, xəritələrimizi təqdim etməliyik.

Turkustan.az xəbər verir ki, bunu Ermənistan xarici işlər naziri Ararat Mirzoyan iki ölkə arasında sərhədin delimitasiyası və demarkasiyası prosesinin niyə şimaldan cənuba doğru aparılması ilə bağlı sualı cavablandırarkən deyib.

“Biz delimitasiya prosesinin davam etdirilməsində maraqlıyıq. Çünki bunu sülh prosesinin sütunlarından biri hesab edirik. Həm bizim, həm də Azərbaycan tərəfi konstruktiv səylər göstərdi və biz ortaq məxrəcə gəldik”, – Mirzoyan qeyd edib. /axar.az/


MANŞET XƏBƏRLƏRİ