Paşinyan da Davosa gedir: Əliyevlə görüşəcək?


Ermənistanın Baş naziri Nikol Paşinyan Dünya İqtisadi Forumunda iştirak etmək üçün yanvarın 23-də Davosa səfər edəcək.

Turkustan.az xəbər verir ki, bunu bu barədə Baş nazir administrasiyasının mətbuat katibi Nazeli Baqdasaryan məlumat yayıb.

Baqdasaryan bildirib ki, baş nazir səfər çərçivəsində panel müzakirələrinə qatılacaq.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev də Dünya İqtisadi Forumunda iştirak üçün Davosa səfər edib. Dövlət başçısı səfər çərçivəsində bir sıra vacib görüşlər keçirib. Ermənistan KİV liderlərin arasında qısa görüşün baş tuta biləcəyini yazır. /globalinfo.az/


MANŞET XƏBƏRLƏRİ