Ceyhun Bayramov və Hakan Fidan arasında təkbətək görüş başlayıb.
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Türkiyə xarici işlər naziri Hakan Fidan arasında təkbətək görüş başlayıb.
Turkustan.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin "X" sosial şəbəkəsindəki rəsmi səhifəsində bildirilib.
Qeyd edək ki, Ceyhun Bayramov Türkiyə xarici işlər naziri Hakan Fidanı qarşılayıb.