"ABŞ-nin Ermənistanla sazişi kağız parçasına çevriləcək" - Ramiz Yunus


"Azərbaycan Prezidentinin son müsahibəsi və həm Ermənistana, həm də onun dünyadakı havadarlarına qarşı sərt ritorikası Bayden administrasiyasını Prezident Trampın andiçmə mərasimindən bir neçə gün əvvəl Ermənistanla strateji tərəfdaşlıq haqqında sənədi tələsik imzalamağa məcbur etdi".

Turkustan.az xəbər verir ki, bunu siyasi təhlilçi Ramiz Yunus bildirib.Ekspert hesab edir ki, Prezident Trampın həm daxili, həm də xarici siyasətdə prezident Baydenin bütün irsinə mənfi münasibətini nəzərə alsaq, çox güman ki, sənəd sadə kağız parçası olaraq qalacaq: "Yaxın Şərqdə cərəyan edən geosiyasi proseslər, Azərbaycanın həm də strateji tərəfdaşı olan Türkiyə və İsrailin simasında ABŞ-ın bu regionda əsas müttəfiqlərinin güclənməsi bu sənədin sırf populizmdən xəbər verdiyinə sübutdur. Çalışırlar ki, gələcək Tramp administrasiyası üçün müəyyən çətinliklər yaratsınlar və ABŞ-də daxili siyasi mübahisələrdə “erməni kartı”ndan istifadə etsinlər. Bu gün dünyada, xüsusən də Vaşinqtonda, Brüsseldə, Parisdə, Moskvada, Tehranda və Pekində heç kimə sirr deyil ki, Türkiyə-Azərbaycan tandemi ilə qarşılıqlı əlaqə olmadan Cənubi Qafqazda heç bir geosiyasi problemi həll etmək mümkün olmayacaq. Azərbaycanın İkinci Qarabağ Müharibəsindəki qələbəsini, “Rusiya sülhməramlılarının” Qarabağdan çıxarılmasını, Azərbaycanın bütün ərazisində tam suverenliyini bərpa etməsini və Türkiyənin yuxarıda qeyd olunan bütün uğurlarını xatırlamaq kifayətdir".R.Yunus xatırladır ki, Türkiyə -Azərbaycan tandeminin uğurları Ağ Evin bütün dövrlərdə ən ermənipərəst administrasiyası olan Baydenin dövründə baş verib:

"ABŞ-nin tarixi bunun əyani təsdiqidir. Yuxarıda deyilənləri nəzərə alsaq, Prezident Trampın xarici siyasətindəki “erməni mərkəzliliyin” Cənubi Qafqaz regionu siyasətində prioritet olmayacağını güman etmək çətin deyil. Bunu İrəvanda Paşinyan hökuməti və bütövlükdə erməni cəmiyyəti nə qədər tez başa düşsə, hər iki tərəf üçün bir o qədər yaxşıdır. Arzuları reallığa çevirməyə cəhd etməyi dayandırıb, regionumuzun coğrafi xəritəsinə nəzər salmağın vaxtıdır. Böyük ispan memarı Antonio Gaudinin dediyi kimi: "Məyus olmamaq üçün illüziyalara təslim olmayın". /azpolitika.info/


MANŞET XƏBƏRLƏRİ