Rusiya azərbaycanlı generalı Bakıya nümayəndə TƏYİN ETDİ


Dağıstanın Bakıdakı nümayəndəliyinə yeni rəhbər təyin edilib.

Turkustan.az-ın məlumatına görə, bu barədə qərarı Dağıstanın rəhbəri Sergey Məlikov imzalayıb.

Qərara əsasən, Rusiya Qvardiyasının general-mayoru Əliyar Tanrıverdi oğlu Abdullayev respublikanın Bakı üzrə nümayəndəliyinə rəhbərlik edəcək.

Abdullayev Rusiya Milli Qvardiyasının Volqa dairəsi komandirinin müavini vəzifəsində çalışıb. Onun etnik azərbaycanlı olduğu bildirilir./modern.az


MANŞET XƏBƏRLƏRİ