Müharibə olmasaydı, əraziləri qaytarmayacaqdıq - Mkrtçyan


Ermənistan heç vaxt müharibə ilə aldığını (işğal etdiyi Azərbaycan ərazilərini – red.) müharibəsiz geri verməyə razı olmayacaqdı.

Turkustan.az Teleqraf.com-a istinadən xəbər verir ki, bunu erməni politoloq Harutyun Mkrtçyan deyib.

“Biz heç vaxt müharibə ilə alınanı (işğal edilmiş əraziləri – red.) müharibəsiz geri verməyə razı olmayacaqdıq. “Bizim” dedikdə, xalqımızın kollektiv əksəriyyətini nəzərdə tuturam. Bu, milli qürur idi, yoxsa milli macəra? Bir gün ayrı-ayrılıqda müzakirə edəcəyik. Əvvəldən bizi müharibənin nəticəsi (Azərbaycanın ərazilərini geri alacağı – red.) o qədər də maraqlandırmırdı”, - Mkrtçyan qeyd edib.


MANŞET XƏBƏRLƏRİ