Rusiya, İran və Azərbaycan tərəfi bu tarixdə görüş keçirəcək


Yanvarın 28-də Rusiya, İran və Azərbaycan tərəfi nəqliyyat sektoru üzrə görüş keçirəcək.

Turkustan.az xəbər verir ki, bu barədə “Vestnik Kavkaza” nəşri yazıb.

Bildirilir ki, İranın yollar və şəhərsalma naziri Fərzan Sadiqi Rusiyanın nəqliyyat naziri Roman Starovoit ilə onlayn danışıqlar aparıb.

Tərəflər yanvarın 28-də Moskva, Bakı və Tehran arasında görüşün keçirilməsini müzakirə ediblər. Danışıqlar zamanı Rəşt-Astara dəmir yolunun tikintisi üzrə texniki və icra işlərinin müzakirəsi aparılıb.

Həmçinin 2025-ci il üçün birgə əməkdaşlığa dair yol xəritəsinin korreksiyası və Şərqi Xəzər dənizindən istifadə sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib.

Bundan əlavə, Rusiya, Azərbaycan və İran arasında nəqliyyat sektorunda qarşıdan gələn üçtərəfli görüşə də toxunulub. Üçtərəfli görüşün yanvarın 28-də baş tutacağı bildirilsə də, yer barədə dəqiqləşdirilmə aparılmayıb. /globalinfo.az/


MANŞET XƏBƏRLƏRİ