İlyas İsmayılovun xəstəxanadan fotosu YAYILDI


Ədalət Partiyasının sədri İlyas İsmayılovun xəstəxanadan fotoları yayılıb.

Turkustan.az xəbər verir ki, fotoları jurnalist Heydər Oğuz sosial media hesabında paylaşıb.

O bildirib ki, İlyas İsmayılov sağ dizində yaranan ağrılar səbəbilə xəstəxanada müalicə alsa da, digər orqanları ilə bağlı heç bir problemi yoxdur.

Qeyd edək ki, partiya sədri bir müddət əvvəl xəstəxanaya yerləşdirilib.

Mərkəzi Klinikadan sorğumuza cavab olaraq bildirilib ki, İlyas İsmayılovun Mərkəzi Klinikanın stasionar şöbəsində müalicəsi davam edir. Vəziyyəti ağır stabil olaraq qalır.

İlyas İsmayılov 1938-ci il martın 20-də Tovuz rayonunda anadan olub. 1985-1990-cı illərdə Respublika prokuroru, 1992-1995-ci illərdə isə ədliyyə naziri kimi fəaliyyət göstərib. Milli Məclisin III və IV çağırış deputatı olub. O, 2001-ci ildən Ədalət Partiyasına sədrlik edir.

1409836


MANŞET XƏBƏRLƏRİ