Dünyanın ən təhlükəsiz ölkələri: Azərbaycanın və Ermənistanın yeri ŞOK ETDİ


“Numbeo”nun 2025-ci il üçün təhlükəsizlik indeksinə görə, Ermənistan dünyanın ən təhlükəsiz 10 ölkəsi siyahısına daxil edilib.

Turkustan.az xəbər verir ki, bu barədə “Hraparak” nəşri məlumat yayıb.

Nəşr bildirir ki, Ermənistan 77,9 balla 8-ci yerdədir (keçən il də Ermənistan eyni mövqedə idi):

“Beləliklə, Gürcüstan 21-ci (73,7 xal), Azərbaycan 33-cü (68,2 xal), Rusiya 51-ci (61,3 xal), Türkiyə 57-ci (58,8 xal), İran 93-cüdür (49,5 xal)”.

Siyahıda Haiti 145-ci, Papua Yeni Qvineya 146-cı, Venesuela 147-ci yerdədir.

Diqqət çəkən məqam Ermənistan və Gürcüstanın daim iğtişaş və gərginliklər olmasına baxmayaraq, regionun ən təhlükəsiz ölkəsi Azərbaycanda öndə göstərilməsidir./Globalinfo.az


MANŞET XƏBƏRLƏRİ