Əsəd rejiminin çökməsindən sonra Prezident Rəcəb Tayyib Ərdoğana zəng edərək, həm bu münasibətlə bir-birimizi təbrik etmişik, həm də bildirdim ki, biz də Türkiyənin yanında olmağa hazırıq və bunu etməyə də başlamışıq.
Turkustan.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev yanvarın 7-də yerli televiziya kanallarına müsahibəsində deyib.
“Türkiyənin dəstəyi ilə birinci yardım karvanı yola düşdü. Çünki Türkiyənin logistik dəstəyi olmasaydı, bu, mümkün olmazdı. Eyni zamanda bizim Xarici İşlər Nazirliyinin nümayəndə heyətinin ora göndərilməsi də Türkiyənin dəstəyi ilə olub. Yəni biz istəyirik ki, burada öz töhfəmizi verək ki, türkiyənin heç olmasa bu sərhədində terrora son qoyulsun”, - Prezident qeyd edib.
/axar.az/