Sülh olmasa, müharibə başlaya bilərmi?


Ötən il Azərbaycanla Ermənistan arasında sülh danışıqları ilə bağlı bəzi irəliləyişlər olsa da, İrəvanın təxribatları fonunda proses uğurla başa çatmadı.

Bəs 2025-ci ildə Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması baş turta bilər?

Mövzu ilə bağlı “Cebheinfo.az”a açıqlamasında politoloq İlqar Vəlizadə bildirib ki, sülh danışıqlarında artıq diplomatiya limiti yavaş-yavaş azalır və konkret əməli addımların vaxtı gəlib çatıb.

Onun sözlərinə görə, Ermənistan hələlik konkret addımların atılmasında maraqlı deyil:

“Sülhə hazır olmaq üçün kokret addımlar atmaq lazımdır. Bu addımları biz qarşı tərəfdən görmürük. Ermənistana xaricdən təsir olmasa, bunu etmək mümkün olar. Ancaq biz görürük ki, xüsusilə Fransa tərəfindən Ermənistana fövqəl dərəcədə təsir göstərilir.

Məhz Makronun ötən gün çıxışı da bundan xəbər verir. Belə halda Paşinyandan nə isə gözləmək çətin olar.

Bizim tələblərimiz yenə də qüvvədə qalır. Bunlar aradan qaldırıldıqdan sonra bunu etmək mümkün olacaq. Amma baxaq Ermənistan nə dərəcədə buna hazırdır. Bildirim ki, bu günlərdə sərhəddə olan gərginlik də bir daha onu göstərir ki, Ermənistan hələlik konkret addımlar atımaqda maraqlı deyil.

Məsələn, demarkasiya və delimitasiya ilə bağlı ilk addım atılıb və uğurlu olub. Biz onun davamını gözləyirdik. Təəssüflər olsun ki, bu barədə irəliləyiş əldə olunmayıb. Digər tərəfdən kommunikasiyanın açılması ilə bağlı irəliləyiş yoxdu”.

O bldirib ki, 2025-ci ildə Azərbaycanla şərti sərhəd bölgələrində təxribatlar baş verə bilər:

“Ermənistan tərəfi sürətlə silahlanır. Bu ilin hərbi büdcəsi əvvəlki ilin hərbi büdcəsindən daha böyükdü. Belə vəziyyətdə davamlı sülhdən danışmaq mümkün deyil. Ermənistan inamıram hər hansı münaqişəyə əl atsın.

Təəsüflər olsun ki, xırda toqquşmaları istisna etmək olmaz.

Ermənistan başa düşür ki, Azərbaycan ilə müharibə apara bilməz.

Amma onun havadarları çalışacaq ki, Ermənistanı revanşist addımlara vadar etsin.

Sonra da müdaxilə eləsin və Azərbayacana təsir göstərsin. Belə vəziyyətdə açıq təxribatların baş verməsini gözləmək olar. İnanmıram ki, bu təxribatlar böyük müharibəyə gətirib çıxartsın”.


MANŞET XƏBƏRLƏRİ