“ABŞ bütün cəbhələrdə təşəbbüsü itirir və Vaşinqton postsovet məkanında uğursuzluğa düçar olmağa başlayıb. Ermənistan və Azərbaycan bütün məsələləri müstəqil həll etməyə üstünlük verərək, ABŞ və Avropa İttifaqının sülh yolu ilə nizamlanmaya dair tövsiyələrinə həqiqətən qulaq asmır”.
Turkustan.az xəbər verir ki, bunu Rusiya Federasiyası Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin “Razvedçik” jurnalına müsahibəsində bildirib.
“Amerikanın Ukrayna ilə bağlı vasvasası Vaşinqtonun qurduğu bütün qlobal maliyyə və hərbi-siyasi sistemə dağıdıcı təsir göstərməyə başlayır. ABŞ bütün cəbhələrdə təşəbbüsü itirir: Yaxın Şərqdən tutmuş Asiya və Afrikaya qədər. Postsovet məkanında isə onlar tamamilə iflasa uğradılar”, – Narışkin bildirib.
Bu kontekstdə o, Cənubi Qafqaz və Moldovanı misal çəkib.
“Baxın, marionetka Saakaşvilinin bu yaxınlarda qalstuklarını yediyi Gürcüstanda qərblilər hakim “Gürcü arzusu” partiyasının seçkilərdə qalib gəlməsinə mane ola bilmədilər. Qərbə qarşı ehtiyatsız oriyentasiyanın zərərli olduğunu dərk edən Gürcüstan hakimiyyəti öz maraqlarından çıxış etmək qərarına gəlib və indi kənardan tətbiq edilən, ənənəvi gürcü dəyərlərinə sonsuz dərəcədə yad olan ultra-liberal gündəmdən şüurlu şəkildə uzaqlaşır. Moldovada Maya Sandu rejimi seçkilərdə demək olar ki, istənilən nəticəni əldə etdi, Moldova cəmiyyətində de-fakto dərin parçalanma qeydə alındı”, - Xarici Kəşfiyyat Xidmətinin direktoru qeyd edib.
Bununla yanaşı, Narışkinin fikrincə, postsovet məkanı ABŞ və Böyük Britaniyanın kəşfiyyat xidmətlərinin hücumları üçün prioritet sahə olaraq qalır.
“Qərb qarşısına iddialı məqsəd qoyub - ölkələrimiz arasında təkcə iqtisadi, siyasi deyil, həm də dərin tarixi və humanitar əlaqələri kəsmək. Bu yanaşma məşhur Anglo-Sakson maksimindən irəli gəlir: “Avrasiyanı idarə edən dünyanı idarə edir”. Baxmayaraq ki, onlar üçün “idarə” “parçalamaq”, “xaos səpmək”, sonra da “təhlükəsizliyin qərəzsiz təminatçısı” kimi özünü xalqlara qansız təqdim etmək deməkdir. Bunun necə baş verdiyi Ukrayna nümunəsində aydın görünür”, - Narışkin qeyd edib.