“Ermənistan Baş naziri Nikol Paşinyana ən yaxın adamlardan Ovik Ağazaryanın deputat mandatının alınmasını ölkənin birinci xanımı Anna Akopyan tapşırıb”.
Turkustan.az xəbər verir ki, bu iddia ilə “Hraparak” çıxış edib.
Məlumata görə, oktyabrda Ağazaryan bir müsahibəsində Akopyanın yaxın adamlarından Roman Baqdasaryanın ünvanına xoşagəlməz ifadələr işlədib. Bildirilir ki, Baqdasaryanın bir canlı yayımda “Ruben Vardanyanın həbs olunmasına görə Azərbaycana təşəkkür edirəm. O, Bakıda həbsxanada ölməlidir”, – sözləri Ağazaryanın narazılığına səbəb olub.
Bununla yanaşı, bir müddətdir Ağazaryanın vəzifədən uzaqlaşdırılması üçün müraciətlər olub.
Qeyd edək ki, O.Ağazaryan ölkə ilə bağlı diplomatik məlumatları yaymaqda ittiham edilir. Bir müddət əvvəl Nikol Paşinyan ona istefa verməsini desə də, Ağazaryan imtina edib. Onun telefon yazışmalarının ifşa edildiyi və hakim partiyanın iclasında oxunduğu bildirilir./Globalinfo.az