Dünyanın bir çox ölkələrində yerləşən Suriya səfirliklərində rəsmi dövlət bayrağı dəyişdirilir. Bəşər Əsəd dövründə istifadə olunan ənənəvi qırmızı, ağ və qara zolaqlı (2 ulduzlu) bayrağın yerinə müxaliflərin istifadə etdiyi yaşıl, ağ və qara rəngli (3 ulduzlu) bayraqdan istifadə edilməyə başlanıb.
Xatırladaq ki, ötən əsrin 60-cı illərinə qədər üçulduzlu bayraq rəsmi dövlət atributu olub.
Azərbaycan Respublikası ilə Suriya Ərəb Respublikası arasında diplomatik əlaqələr 28 mart 1992-ci ildə yaradılıb.
997-ci il aprelin 11-də Heydər Əliyev ölkələr arasında ikitərəfli əlaqələri möhkəmləndirmək üçün Dəməşqdə Azərbaycan Respublikasının səfirliyinin təsis edilməsi haqqında sərəncam imzalayıb. 2008-ci il mayın 16-dan etibarən Suriyada Azərbaycan Respublikasının səfirliyi fəaliyyətə başlayıb.
İlk səfir Mahir Əliyev idi.
Bununla belə, hansısa siyasi səbəblərə görə Suriya Azərbaycanda səfirlik açmayaıb. Ermənistanda isə diplomatik nümayəndəlik yaradılıb. Hətta Gürcüstanda da.
2009-cu il iyulun 8-də Suriya prezidenti Bəşər Əsəd Azərbaycana rəsmi səfərə gəlib. Səfər dövründə Bəşər Əsəd Azərbaycan Prezidenti İlham Əliyev və digər rəsmi şəxslərlə görüşlər keçirib.
Əvvəllər iki ölkə arasında parlamentlərarası işçi qrupu fəaliyyət göstərib. Lakin sözügedən qrup artıq fəaliyyətini dayandırıb./yenisabah.az