Hər sahədə əməkdaşlığımız iki dost ölkənin deyil, iki öz qardaş arasında əməkdaşlıq kimidir. XXI əsrdə də tarix yazmağa davam edirik.
Turkustan.az xəbər verir ki, bunu “Parlamentarizm: ənənələr və perspektivlər” mövzusunda beynəlxalq parlament konfransında Türkiyə Böyük Millət Məclisinin Xarici Əlaqələr Komitəsinin sədri Fuat Oktay deyib.
O bildirib ki, ölkələrimiz arasındakı əlaqələr həm bölgənin inkişafına, həm də qlobal inkişafa töhfə verməkdədir: “Dünyanın bir çox bölgəsində qeyri-sabitliyin şahidi olmaqdayıq. Suriyadakı son hadisələr, Rusiya-Ukrayna müharibəsi kimi yanımızda baş verən hadisələr əlaqələrimizin daha da gücləndirilməsini labüd edir. Azərbaycan-Ermənistan arasında sülh prosesinin ən qısa vaxtda yekunlaşmasına ümid edirik. Qarabağ savaşı nəticəsində əldə edilən bu fürsət bölgənin inkişafı üçün bir şansdır”. /globalinfo.az/