2017-ci ildə Sərkisyana Qarabağla bağlı bu təklif… – Paşinyan sirləri açdı


“2016, 2017 və 2018-ci illərdə xalq tələb edirdi ki, Qarabağ müstəqil dövlət kimi tanınsın, amma o zamankı hökumət razılaşmadı”.

Turkustan.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentdə çıxışı zamanı deyib.

Paşinyan əvvəlki hökumətin məsələ ilə bağlı üç təklifi rədd etdiyini bildirib:

“Bizə dost və düşmən ölkələr deyirdilər ki, müstəqil dövlətin atributları olmalıdır, sizdə də olsa, Qarabağı tanıyardınız. Xalq o zaman hökumətə məhz bunu təklif etdi. Lakin Qarabağın müstəqil dövlət kimi tanınması təklifi yenə rədd edildi. Ərazinin Ermənistanın tərkib hissəsi kimi tanınması qəbul edilmir, Azərbaycan torpağı olduğu da təkzib olunur. Bəs Qarabağ müstəqil deyil, Ermənistanın deyil, Azərbaycanın da deyil. O zaman nədir? Sərkisyan da 2016-cı ilin aprel ayında parlamentdə çıxışı zamanı müstəqillik məsələsinə diqqət çəkmişdi”.

Baş nazir Ermənistan dövlətinin mövcudluğunun qorunması üçün Qarabağdan imtina etməyin tək variant oduğunu qeyd edib:

“İnsanlar 9 ay hamilə qalır, nəticədə ya təbii, ya da qeysəriyyə yolu ilə uşaq dünyaya gəlir. Yəni bu vəziyyəti uzatmaq mümkün deyil. Qarabağ məsələsi də belə idi. Son 4 ildir çox düşünürəm, verdiyim qərarları sorğulayıram. 2019-cu ildə dediyim, “Qarabağ Ermənistandır və nöqtə”, – cümləsini də çox fikirləşdim. Əgər məsələyə “9 aylıq hamiləliyi uzatmaq” məntiqi ilə yanaşmağa davam etsəydik, bu, siyasi seçimlərimizlə uyğunlaşmazdı. Bizim Qarabağla bağlı qərarımız dövlətin mövcudluğunu qorumaq məqsədi daşıyırdı. Bunun yaxşı, ya da pis olması əsas məsələ deyil. Sadəcə yeganə variant bu idi”./Globalinfo.az


MANŞET XƏBƏRLƏRİ