Emin Ağalarov Azərbaycan-Rusiya İşgüzar Şurasının İdarə Heyətinə yeni sədri təyin olunub.
Turkustan.az xəbər verir ki, bu barədə “demokrat.az” məlumat yayıb.
Məlumata görə, Emin Ağalarovun sədr təyin olunması ilə bağlı qərar Azərbaycan-Rusiya İşgüzar Şurasının İdarə Heyətinin toplantısı zamanı verilib.
Qeyd edək ki, daha əvvəl Azərbaycan-Rusiya İşgüzar Şurasının İdarə Heyətinə Səməd Qurbanov sədrlik edirdi.