Bu günlərdə xalqımız Kəlbəcər rayonunun Ermənistanın işğalından azad edilməsinin dördüncü ildönümünü qeyd etdi. Bununla belə, 1993-cü ildə Kəlbəcərin işğalı zamanı baş vermiş faciəvi hadisələri də xatırlayırıq. Kəlbəcər rayonu uzunmüddətli mühasirə və şiddətli döyüşlərdən sonra 1993-cü ilin aprel ayının əvvəlində işğal edilmişdi. Ermənistan ordusu birbaşa öz ərazisindən - Basarkeçər istiqamətindən silahlı hücuma keçərək Kəlbəcər rayonunu işğal etdi.
Sonradan internetdə yayılmış videolarda bu işğal zamanı Fransadan gəlmiş terrorçular, muzdluların da iştirakını təsdiqləyən görüntülər əksini tapıb. Törədilmiş müharibə cinayətlərində iştirak edənlərin Fransadan dəstək gözlədikləri də videolarda yer alır. Bu faktlar göstərir ki, Fransa əslində Ermənistanın Kəlbəcəri işğalını dəstəkləyib və onu işğalı otuz ilə yaxın müddət ərzində davam etdirməyə cəsarətləndirib.
REAL TV-nin rəhbəri Mirşahin Ağayev öz müəllif proqramında bu məsələyə ətraflı şərh verib. Proqramda eyni zamanda, bu gün Fransanın xüsusi xidmət orqanlarının diqtəsi ilə Azərbaycana qarşı media platformalarında anti-təbliğa aparan “milli xainlərin” fəaliyyəti ifşa olunur.
Proqramın videosunu təqdim edirik: