Milli Məclis Prezident və xanımını təbrik etdi


Milli Məclis 18 Oktyabr – Müstəqilliyin Bərpası Günü münasibəti ilə Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya təbrik məktubu ünvanlayıb.

Turkustan.az xəbər verir ki, bu təkliflə spiker Sahibə Qafarova parlamentin plenar iclasında çıxış edib.

O bildirib ki, bu gün Azərbaycanda Müstəqilliyin Bərpası Günüdür: “33 il əvvəl bu gün Azərbaycanın Dövlət Müstəqilliyinin bərpa olunması ölkəmizin uzun illər arzusunda olduğu müstəqilliyinin reallaşması idi.

Ulu Öndərin böyük siyasətə qayıdışı onun Ali Sovetin sədri seçilməsi ilə başlayıb. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə torpaqlarımız erməni işğalından azad edildi. Suverenliyimizin tam bərpası reallaşdı. Təklif edirəm ki, Müstəqilliyin Bəırpası Günü münasibətilə Prezident İlham Əlityev və Birinci vitse-prezident Mehriban xanın Əliyevaya təbrik məktubu ünvanlayaq”.

Deputatlar sədrin təklifini alqışlarla qarşılayıb.


MANŞET XƏBƏRLƏRİ