Milli Məclis sədr müavinləri komitə sədri olmayacaq.
Turkustan.az modern.az-a istinadən bildirir ki, bununla bügünkü iclasda qərar qəbul edilib.
Məlumat üçün bildirək ki, VI çağış Milli Məclisin sədr müavini Əli Hüseynli MM Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri, MM sədr müavini Adil Əliyev MM Gənclər və idman komitəsinin sədri, MM sədr müavini Fəzail İbrahimli isə MM İctimai birliklər və dini qurumlar komitəsinin sədri olub.
Yeni qaydaya uyğun olaraq, sədr müavinləri komitə sədrləri olmayacaq.
Qeyd edək ki, yeni çağırış Milli Məclisdə sədrin 4 müavini olacaq.