"Türküstan" Media Qrupunun baş redaktoru, "Ortaq Dəyərlər" İctimai Birliyinin sədri Aqil Camal Facebook hesabında 104 saylı Gədəbəy seçki dairəsindən deputatlığa namizəd Əziz Əlibəylinin seçki təşviqat kampaniyasından yazıb:
"Neçə gündür Əziz Əlibəylinin xüsusi diqqətimi çəkən seçki kampaniyası haqda yazmaq istəyirdim. Bu günə - doğum gününə təsadüf etdi.
104 saylı Gədəbəy seçki dairəsindən deputatlığa namizəd Əziz Əlibəyli doğulub boya-başa çatdığı el-obasına üz tutaraq seçkiyə qatılıb. Çox uğurlu və səmimi bir kampaniya aparır. Bu səmimiyyət, istilik görüşlərdə qarşılıqlı şəkildə özünü göstərməkdədir. Saf, doğru qərarlı Gədəbəy insanı Əzizi özünün təmsilçisi görmək istəyir. Mütləq üstünlüklə bu, belə görünür.
Əzizin qısa müddətdə Gədəbəydə sərgilədiyi seçki göstərisi gözardı edilməməli, məntiqi sonluğu ilə tamamlanmalıdır.
44 günlük Vətən müharibəsində və bu gün də davam edən informasiya savaşımızın yorulmaz əsgərini - Əziz jurnalistimizi, politoloqumuzu təbrik edir, haqq etdiyi qələbəsinin rəsmiləşməsini arzu edirəm!".