Türkanda Günay Əfəndiyevaya belə xeyir-dua verdilər - FOTOLAR


Xəzər rayonunun Türkan qəsəbəsinin sakinləri ilə, mehriban kənd camaatı ilə yenidən bir araya gəldik. Görkəmli sənətkarımız, muğam ustadımız Ağaxan Abdullayevin adını daşıyan Mədəniyyət Mərkəzində növbəti görüş keçirildi. Hər görüşümüzdə aramızdakı bağları gücləndirir, bir-birimizə daha da yaxınlaşır, doğmalaşırıq.

Ən qiymətlisi də ağsaqqallarımızın, ağbirçəklərimizin xeyir-duasını almağımızdır. Onlar, qədim adət-ənənələrimizin daşıyıcıları, tariximizin və mədəniyyətimizin canlı şahidləridir. Türkanlı, əziz Səlmi Ana duaları ilə başımın üzərindən keçirdiyi müqəddəs “Qurani Kərim”i böyük bir etibarla mənə təqdim etdi. O, bu müqəddəs hədiyyəni verərkən, mənə xalqımızın dini-mədəni dəyərlərini, ruhunu əks etdirən qiymətli bir yadigarı, eyni zamanda öz etimadını, öz güvənini bağışlamış oldu. Bu etimad daima mənimlə olacaq.

Görüşlərdəki fəallığına, hər dəfə yanımızda olduğuna görə kəndin ağsaqqalı hörmətli Balamirzə müəllimə, eləcə də Hacı Dürüyə Anaya xüsusi minnətdarlığımı bildirmək istəyirəm. Və əlbəttə, bütün Türkan camaatı, var olun!

Həmçinin, seçki kampaniyamda mənə dəstək olan gözəl insanlara da bir daha təşəkkür etmək istəyirəm. Bakı Bələdiyyə Teatrının direktoru Aynur Muxtarova, teatrın baş rejissoru, Azərbaycanın xalq artisti Mərahim Fərzəlibəyov və aktrisası, Azərbaycanın əməkdar artisti Hüsniyyə Mürvətova, Akademik Dövlət Rus Dram Teatrının aktyoru, Azərbaycanın əməkdar artisti Firdovsi Atakişiyev, yazıçı-dramaturq Ülviyyə Heydərova - hər birinizin dəstəyi mənim üçün əvəzsizdir!

Çoxəsrlik dəyərlərimizi, ənənələrimizi, irsimizi keçmişdən gələcəyə daşımaq üçün,

#Gəlin, körpüləri birlikdə salaq!

Bir 13 kişi ve yazı görseli olabilir

Bir 13 kişi, ders çalışan insanlar ve yazı görseli olabilir

Bir 1 kişi ve ders çalışıyor görseli olabilir

Bir 6 kişi ve yazı görseli olabilir

Bir 5 kişi, ders çalışan insanlar ve yazı görseli olabilir

Bir 13 kişi ve ders çalışan insanlar görseli olabilir

Bir 4 kişi görseli olabilir


MANŞET XƏBƏRLƏRİ