Komitə sədri tanınmış müğənnini təbrik etdi


Bu gün tanınmış müğənni Şahin Mehbalı oğlu İsmayılovun 60 yaşı tamam olur (08.08.1964-cü il, Xoylu kəndi, Goranboy).

Vl çağırış Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Fazil Mustafa sənətçini yubileyi ilə bağlı təbrik edib. Təbrik məktubunda deyilir:

“Hörmətli Şahin müəllim,

Sizi 60 illik yubileyinizlə bağlı təbrik edir, möhkəm cansağlığı, sənətdə və ictimai fəaliyyətdə yeni uğurlar diləyirəm!

Siz 1971-1981-ci illərdə Xoylu kənd orta məktəbində oxumuş, məktəb illərində 5 il Goranboy üzrə musiqi festivalında və 1982-ci ildə Peşə məktəbləri arasında Respublika üzrə musiqili festival müsabiqəsində birinci ödülə layiq görülmüsünüz. 1982-1988-ci illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunda (indiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində) ali təhsil almısınız. 1988-ci ildə"İstedadlar axtarırıq" ümumrespublika müsabiqəsinin laureatı seçilmisiniz.

Azərbaycan Dövlət Radiosunun “Qızıl fond”unda sizin ifanızda 40-a yaxın mahnı qorunub saxlanılır.

Dövlət tədbirlərində dəfələrlə uğurlu çıxışlar etmisiniz.

Həmçinin, döyüş bölgələrində, hərbi hissələrdə hərbi-vətənpərvərlik mahnılarından ibarət konsert proqramları ilə yaddaqalan çıxışlarınız olub.

Sizi yubileyinizlə bağlı bir daha təbrik edir, ən xoş diləklərimizi yetirirəm”!


MANŞET XƏBƏRLƏRİ