Namizədlərin qeydiyyatı başladı: 401 nəfər sənəd verib - MSK


Növbədənkənar parlament seçkilərinə namizədlərin sənədlərinin təqdim edilməsi və qeydiyyatına başlanılıb.

Turkustan.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyası (MSK) sədrinin müavini Rövzət Qasımov deyib.

O qeyd edib ki, 401 vətəndaş sənədlərini seçkilərdə namizəd olmaq üçün təqdim edib.

"Siyasi partiyalar kifayət qədər fəaldırlar. Sənəd təqdim edənlərin 168-i siyasi partiya təmsilçisidir. Onlar 13 siyasi partiyanı təmsil edirlər. Bu say artmaqdadır", - Rövzət Qasımov vurğulayıb. (teleqraf.com)


MANŞET XƏBƏRLƏRİ