Deputat Adil Əliyevin səlahiyyətlərinə xitam veriləcək


VI çağırış Milli Məclisin deputatı Adil Əliyevin deputat səlahiyyətlərinə xitam verilib.

Turkustan.az “Report”a istinadən xəbər verir ki, bununla bağlı məsələ Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında müzakirə olunub.

MSK katibi Arifə Muxtarovanın təqdimatına əsasən, Adil Abış oğlu Əliyevin Suraxanı Rayon İcra Hakimiyyətinə başçı təyin edilməsi ilə əlaqədar deputat səlahiyyətlərinə xitam verilib.

Qərar səsverməyə qoyularaq qəbul olunub.


MANŞET XƏBƏRLƏRİ