Komitə sədri Məclisdə növbəti qəbul keçirib


Millət vəkili, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Fazil Mustafa növbəti vətəndaş qəbulu günündə, qəbul üçün müraciət edən bir qrup vətəndaşla, o cümlədən sənətçilər, jurnalistlər və mədəniyyət işçiləri ilə görüşüb.

Milli Məclisdə keçirilən qəbulda Əməkdar jurnalist Asya Hacızadə, “Avaz” – Televiziya Uşaq Muğam Müsabiqəsinin layihə rəhbəri Zərifə Tapdıqqızı, “Zəfər tarixinin qəhrəmanları” yaradıcılıq layihəsinin və “Qax şəhidləri” kitabının müəllifi Səhər Manafova, Dövlət Akademik Musiqili Teatrının aktrisası Ayan Tohidi-Qurbanova, mədəniyyət işçiləri – Ruslan Zərbalıyev, Pərviz Fərhadov, Tacəddin İmanov, Səmayə Rzayeva, Yazıçılar Birliyinin üzvü, nasir Əlsafa Azayev, mərhum Xalq artisti Elza İbrahimovanın varisi Çingiz İbrahimov yaradıcılıq uğurları, planları və qayğıları barədə danışıb. Komitə sədri onları maraqlandıran müxtəlif məsələlərlə bağlı rəyini bildirib.

Görüş iştirakçılarından bir qismi öz yaradıcılıq örnəklərini Komitə sədri üçün imzalayıb.


MANŞET XƏBƏRLƏRİ