TÜRKPA-nın Bakıdakı toplantısı Türk dünyasının birliyinə bir töhfə oldu" - Millət vəkili


“Bu gün Azərbaycan Prezident İlham Əliyevin xarici siyasətinin prioritet vəzifələrindən biri Türk dövlətləri ilə əlaqələrin daha da inkişaf etdirilməsidir. Bu gün ölkəmizdə bu istiqamətində daha qətiyyətli addımlar atılır. Qardaş ölkələrimiz arasında əməkdaşlıq əlaqələri uğurla inkişaf edir”.

Bu fikirləri Prezident İlham Əliyevin TÜRKPA-nın növbəti plenar iclasının iştirakçılarının qəbulu zamanı çıxışı barədə fikirlərini Turkustan.az-a bölüşən Milli Məclisin deputatı Aqil Məmmədov söyləyib.

Millət vəkili bildirib ki, TÜRKPA üzvü olan ölkələr arasında ortaq tarixə, ümumi dilə, mədəni dəyərlərlə və qarşılıqlı etimada əsaslanan əlaqələr keyfiyyətcə yeni mərhələyə daxil olub. Türk dünyasında əməkdaşlığın bütün sahələrində böyük potensial mövcuddur və bu potensialdan istifadə edərək assambleyanın həyata keçirəcəyi fəaliyyətlər ortaq hədəflərimizə çatmaqda öz töhfəsini verəcək. Bakıda keçirilən TÜRKPA-nın plenar iclasları Türk dünyasının birliyinin daha bir nümunəsi oldu. Prezident İlham Əliyevin bu il iyunun 6-da TÜRKPA-nın növbəti plenar iclasının iştirakçılarının qəbulu zamanı səsləndirdiyi fikirlər Türk dünyasının birləşməsi istiqamətində bir yol xəritəsidir. Dövlət başçısı çıxışı zamanı bu fikri bir daha diqqətə çatdırdı: “Türk dünyası böyük bir ailədir, böyük potensiala malikdir, böyük coğrafiyanı əhatə edir. Nəqliyyat yolları, enerji resursları, insan kapitalı, artan əhali, demoqrafik vəziyyətin müsbət olması – bunlar, böyük bir güc potensialıdır. Bizim vəzifəmizdir ki, bu potensialı dünya miqyasında böyük bir gücə çevirək, əminəm ki, bu olacaq, biz bunu görürük. Hər bir toplantı, hər bir Zirvə görüşü bizim məqsədlərimizə doğru atılan növbəti addım olur.”

TÜRKPA-nın ən mühüm funksiyalarından birinin türk dövlətləri arasında qarşılıqlı əməkdaşlıq çərçivəsində təşəbbüslərə hüquqi dəstək göstərmək olduğunun deyən

Millət vəkili Azərbaycan TÜRKPA çərçivəsində əməkdaşlığa böyük önəm verdiyini qeyd edib.

A.Məmmədovun sözlərinə görə yaxın vaxtlarda Şuşada keçiriləcək Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşü münasiətlərdə yeni mərhələyə start verəcək: “COP29 öncəsi Türk dövlətlərinin rəhbərlərinin Azərbaycanda bir araya gələrək vahid strateji mövqe formalaşdırmaları, müzakirə olunacaq məsələlər üzrə evvektiv nəticələrin əldə olunmasına xidmət edəcək. Liderlər COP29 zamanı da Azərbaycana təşrif buyuracaqlar. Eyni zamanda, türk ölkələri Qarabağda quruculuq prosesinə öz töhfələrini verirlər.

Eltac Zülfüqaroğlu/Turkusan.az


MANŞET XƏBƏRLƏRİ