Milli Məclisin deputatları Türkiyənin Düzce şəhərinin valisi ilə görüşüblər


Milli Məclisin deputatları, Mədəniyyət Komitəsi sədrinin müavini Günay Əfəndiyeva və Azərbaycan Dillər Universitetinin prorektoru Tamam Cəfərova Türkiyənin Düzce şəhərinə səfər çərçivəsində şəhərin valisi Selçuk Aslan ilə görüş keçirib.
Görüş zamanı ortaq mədəni irsin qorunması, tarixi əlaqələrin dərinləşdirilməsi yönündə tərəfdaşlığın daha da möhkəmləndirilməsi barədə fikir mübadiləsi aparılıb.
Vurğulanıb ki, Azərbaycan və Türkiyənin dövlət başçılarının qarşılıqlı etimada və qardaşlığa əsaslanan münasibətləri iki ölkə arasında bütün sahələrdə əməkdaşlığın genişləndirilməsinə mühüm təkan verir. Bu siyasi və mənəvi yaxınlığın gücləndirilməsi istiqamətində birgə tədbirlərin, konfransların və mədəni layihələrin həyata keçirilməsinin önəminə diqqət çəkilib.

Millət vəkilləri Azərbaycan və Türkiyə arasında müştərək mədəni irsin təbliği və bölgələrarası əlaqələrin dərinləşdirilməsi yönündə layihələrə dəstək ifadə ediblər.

Görüş qarşılıqlı maraq doğuran məsələlər ətrafında müzakirələr ilə davam edib.

Fotonu aç

Fotonu aç

Fotonu aç


MANŞET XƏBƏRLƏRİ