Milli Məclisin qərarı Ermənistanda qorxu yaratdı - Onlar qayıdır


Milli Məclisdə azad edilmiş ərazilərdə “Böyük Qayıdış”la bağlı insan hüquqları, postmüharibə dövründə birgəyaşayış istiqamətində qanunverici məsələləri araşdıran komissiya yaradılacaq.

Turkustan.az
xəbər verir ki, komissiyanın yaradılması parlamentin İnsan hüquqları komitəsinin yaz sessiyası üçün İş Planına daxil edilib.

Məlumata görə, komissiyada beynəlxalq insan hüquqları və hüquq-müdafiə təşkilatlarının iştirakı nəzərdə tutulur.

Belə bir komissiyanın yaradılmasına Ermənistanda verilən reaksiya maraq doğurub. Komissiyanın hansı məqsədlə yaradıldığı rəsmi məlumatda öz əksini tapır, lakin Ermənistan mediası müxtəlif iddialar irəli sürüb. Əsas iddia belədir ki, bu komissiyanın yaradılması Qərbi azərbaycanlıların öz tarixi torpaqlarına qayıdışı ilə bağlıdır.

“Hraparak” nəşri yazır ki, bu məsələ Ermənistanın siyasi dairələrində fəal müzakirə olunur.

“Xüsusilə bir sual önə çıxır: Qarabağda erməni qalmırsa, hansı birgəyaşayışdan danışmaq olar? Ehtimallar var ki, Bakı Qərbi Azərbaycan proqramını həyata keçirmək üçün ermənilərin Qarabağda yaşaması məsələsini gündəmə gətirəcək. Qarabağda erməni çox az saydadır, qayıdanlar da azsaylı olacaq. Amma Qərbi Azərbaycan proqramı çərçivəsində Ermənistana 300 min azərbaycanlı qayıdacaq”, - nəşr iddia edir./publika.az


MANŞET XƏBƏRLƏRİ