Fərid Mirmufid oğlu Seyidova ədliyyə general-mayoru ali hərbi rütbəsi verilib.
Turkustan.az xəbər verir ki, Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Qeyd edək ki, Fərid Seyidov Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiridir.
Prezidentin digər Sərəncamı ilə polkovnik Azər Aydın oğlu Məmmədova da general-mayor ali hərbi rütbəsi verilib.
Bundan başqa, Prezident İlham Əliyev Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi haqqında Sərəncam imzalayıb.
Sərəncama əsasən,Azərbaycan Respublikası Müdafiə Nazirliyinin aşağıdakı hərbi qulluqçularına ali hərbi rütbələr verilib:
“general-polkovnik” ali hərbi rütbəsi
general-leytenant Hikmət İzzət oğlu Mirzəyevə
“general-mayor” ali hərbi rütbəsi
polkovnik Ələkbər Məhəmməd oğlu Cahangirova
polkovnik Gündüz Əliş oğlu Əbdülova
polkovnik Azər Əlövsət oğlu Qasımova
“ədliyyə general-mayoru” ali hərbi rütbəsi
ədliyyə polkovniki Elçin Nəriman oğlu Əliyevə.