“Azərkontrakt" ləğv edilir – SƏRƏNCAM


Prezident İlham Əliyev Dövlət Kontrakt Korporasiyası - “Azərkontrakt” ASC-nin ləğv edilməsi və bundan irəli gələn məsələlərin tənzimlənməsi haqqında Sərəncam imzalayıb.

Turkustan.az xəbər verir ki, Sərəncama əsasən, bundan sonra şirkətin daxili bazarda təbii qazın qaz istehsalçılarından satın alınması, onun nəqlinin, ölkədaxili paylayıcı və istehlakçılara satışının təşkil olunması sahəsində səlahiyyətlərini Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) həyata keçirəcək.

“Azərkontrakt” dekabrın 1-dən ləğv edilir.

Qeyd edək ki, Dövlət Kontrakt Korporasiyası “Azərkontrakt” Açıq Səhmdar Cəmiyyəti (bundan sonra – “Azərkontrakt” ASC) Azərbaycan Respublikası Prezidentinin 1996-cı il 17 dekabr tarixli 519 nömrəli Fərmanı ilə səhmləri 100% dövlətə məxsus olmaqla keçmiş Material Ehtiyatları Nazirliyinin və Ticarət Nazirliyinin əsasında yaradılıb.


MANŞET XƏBƏRLƏRİ