“Avtobus zolağına girə bilər, parkinq ödənişsizdir...” – Elektromobillərlə bağlı MARAQLI GÜZƏŞTLƏR


Elektromobillər günümüzün reallığıdır. Təsadüfi deyil ki, hər kəs bu avtomobillərdən əldə etməyə çalışır. Bax, buna görədir ki, ölkəmizə idxal edilən elektromobillərin sayı ilbəil kəskin artır. Məsələn, 2017-2023-cü illərdə Azərbaycana 4 236 ədəd elektrik mühərrikli nəqliyyat vasitəsi idxal edilib.

Ölkəyə elektrikli nəqliyyat vasitələrinin idxalı 2017-ci ildə 88 ədəd, 2018-ci ildə 101 ədəd, 2019-cu ildə 132 ədəd, 2020-ci ildə 167 ədəd, 2021-ci ildə 160 ədəd, 2022-ci ildə 486 ədəd, 2023-cü ildə 3 102 ədəd təşkil edib.

Bu ilin yanvar-iyul aylarında isə ölkəyə 1 792 elektrik mühərrikli nəqliyyat vasitəsi gətirilib. Bununla belə, hələki ölkəmizdə olan 2 milyondan artıq ancaq 2 faizə yaxını elektriklə işləyir. Bu heç də qaneedici hesab oluna bilməz. /bizim.media/az/


MANŞET XƏBƏRLƏRİ