Prezident və birinci xanım Kəlbəcərdə – FOTOLAR


Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 2-də Kəlbəcər rayonunun İstisu qəsəbəsinin təməlini qoyub.

Turkustan.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb.

X X X

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 2-də Kəlbəcər rayonunda “İstisu” Müalicə-İstirahət Kompleksində aparılan tikinti işləri ilə tanış olublar.

Turkustan.az bildirir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

X X X

Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 2-də Kəlbəcər rayonunun İstisu qəsəbəsində “Azərişıq” ASC-nin 110/35/10 kV-luq “İstisu” yarımstansiyasının açılışında iştirak edib.

Turkustan.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

X X X

Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 2-də Kəlbəcər rayonunda “Azərenerji” ASC-nin 4,3 MVt gücündə “Zar” Kiçik Su Elektrik Stansiyasının (KSES-in) açılışında iştirak edib və SCADA sistemi vasitəsilə Göygöl rayonunda yeni tikilən 4,1 MVt gücündə “Toğanalı” KSES-in açılışını edib.

Globalinfo.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Eyni zamanda, dövlətimizin başçısına Kəlbəcərdə, Laçında və Ağdərədə tikintisinə başlanılan ümumi gücü 37,5 MVt olan 6 KSES barədə məlumat verilib.

X X X

Azərbaycan Prezidenti İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva sentyabrın 2-də Kəlbəcər rayonunda İstisu Mineral su zavodunun açılışında iştirak ediblər.

Turkustan.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

X X X

Azərbaycan Prezidenti İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva sentyabrın 2-də Kəlbəcər şəhərində 524 ailəlik yaşayış kompleksinin tikintisi ilə tanış olublar.

Turkustan.az bildirir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

X X X

Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 2-də Kəlbəcər şəhərində inzibati binanın təməlini qoyub.

Turkustan.az bildirir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

X X X

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 2-də Kəlbəcər Şəhər Təhsil Kompleksində aparılan işlər və bu il açılması planlaşdırılan modul tipli məktəbin layihəsi ilə tanış olublar.

Turkustan.az bildirir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

X X X

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 2-də Kəlbəcər şəhərində ikinci yaşayış kompleksinin təməlini qoyub.

Turkustan.az bildirir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

X X X

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 2-də Kəlbəcər rayonunun Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolu layihəsi çərçivəsində inşa olunan 4-cü tuneldə və bu yolun 15,2 kilometrlik hissəsində görülən işlərlə tanış olublar.

Turkustan.az bildirir ki, bu barədə Prezidentin Mətbuat Xidməti xəbər verib.

X X X

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 2-də Kəlbəcər rayonunda Xudavəng monastır kompleksində olublar.

Turkustan.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

X X X

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 2-də Kəlbəcər rayonunda Tərtər çayı üzərində yerləşən “Azərenerji” ASC-nin 22,5 MVt gücündə olan “Yuxarı Vəng” Su Elektrik Stansiyasının açılışında iştirak ediblər.

Turkustan.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

xxx

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 2-də Kəlbəcər rayonunda Tərtər çayı üzərində yerləşən Azərenerji ASC-nin 22,5 MVt gücündə olan “Yuxarı Vəng” Su Elektrik Stansiyasının açılışında iştirak ediblər.

Turkustan.az xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.


MANŞET XƏBƏRLƏRİ