İlham Əliyevin təltif etdiyi general KİMDİR... - FOTO


Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev xidməti vəzifələrini yerinə yetirərkən fərqləndiyinə görə general-leytenant Niyazi Xanbaba oğlu Hacıyevı “Hərbi xidmətlərə görə” medalı ilə təltif edib.

Turkustan.az-ın məlumatına görə, Niyazi Hacıyev uzun illər Azərbaycanın təhlükəsizlik orqanlarında yüksək vəzifələr tutub.

O, 1993-cü ildə Ümummilli Lider Heydər Əliyevin sərəncamı ilə Azərbaycan Respublikası Ali Dövlət Hakimiyyət və İdarəetmə Orqanlarını Baş Mühafizə İdarəsi rəisinin müavini təyin edilib. 2003-cü ildə isə Xüsusi Dövlət Mühafizə Xidməti rəisinin müavini vəzifəsinə gətirilib.

Niyazi Hacıyeva 2002-ci ildə general mayor, 2005-ci ildə general-leytenant hərbi rütbəsi verilib.

General-leytenant hazırda Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin rəis müavini vəzifəsində çalışır.

İlham Əliyevin təltif etdiyi general KİMDİR... - FOTO

xxx

General-leytenant Niyazi Xanbaba oğlu Hacıyev “Hərbi xidmətlərə görə” medalı ilə təltif edilib.

Turkustan.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb.

O, xidməti vəzifələrini yerinə yetirərkən fərqləndiyinə görə təltif olunub.


MANŞET XƏBƏRLƏRİ