İlham Əliyev sərəncam imzaladı


Prezident İlham Əliyev "Azərbaycan Respublikası ilə Bolqarıstan Respublikası arasında ticarət-iqtisadi və elmi-texniki əməkdaşlıq üzrə Müştərək Komissiyanın Azərbaycan Respublikası tərəfindən yeni tərkibinin təsdiq edilməsi haqqında" sərəncamda dəyişiklik edilməsi barədə sərəncam imzalayıb.

Turkustan.az xəbər verir ki, sərəncama əsasən, "Azərbaycan Respublikası ilə Bolqarıstan Respublikası arasında ticarət-iqtisadi və elmi-texniki əməkdaşlıq üzrə Müştərək Komissiyanın Azərbaycan Respublikası tərəfindən yeni tərkibinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 6 mart tarixli 2708 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, № 3, maddə 203 (Cild I) adında və 1-ci hissəsinin birinci abzasında "Azərbaycan Respublikası ilə Bolqarıstan Respublikası arasında ticarət-iqtisadi və elmi-texniki əməkdaşlıq üzrə Müştərək" sözləri "İqtisadi əməkdaşlıq üzrə Azərbaycan−Bolqarıstan Hökumətlərarası" sözləri ilə əvəz edilib.

Xarici İşlər Nazirliyi bu sərəncamda edilən dəyişiklik barədə Bolqarıstan Respublikası tərəfinə müvafiq bildiriş göndərməlidir.

Bu sərəncam imzalandığı gündən qüvvəyə minir.


MANŞET XƏBƏRLƏRİ