Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir! - İran Prezidenti


Bakıda səfərdə olan İran Prezidenti Məsud Pezeşkian ilə Azərbaycan Prezidenti İlham Əliyev arasında görüş olub.

Turkustan.az xəbər verir ki, İran KİV-lərinin məlumatına görə, görüşdə Ermənistanın işğalındandan azad edilmiş Qarabağ da müzakirə mövzusu olub.

Prezident Pezeşkian deyib: "İnqilab rəhbərinin (ayətulla Xamenei-red.) salamlarını sizə çatdırıram. Burada, Azərbaycanda olmaqdan çox şadam. Ümid edirəm ki, bura səfərimiz və ekspertlər arasında əvvəlki görüşlər nəticəsində imzalanacaq sazişlər İran və Azərbaycan münasibətlərində daha böyük addımların başlanğıcı olacaq".

Pezeşkian həmçinin İran və Azərbaycan nümayəndə heyətlərinin birgə görüşündə verdiyi açıqlamada "Qarabağ Azərbaycan ərazisinin ayrılmaz hissəsidir. Bizim burada olmağımız iki ölkə arasında əlaqələri gücləndirmək, birlik və həmrəyliyi gücləndirmək məqsədi daşıyır" deyib.

İlham Əliyev görüşdə deyib: “Biz İran və Azərbaycan arasında əlaqələrin inkişafına önəm veririk. Şübhəsiz ki, əlaqələrimizin inkişafı iki qardaş xalqın mənafeyinə xidmət edəcəkdir.

Ümid edirəm ki, İran və Azərbaycan prezidentlərinin xüsusi tapşırıq və tövsiyələrinə uyğun olaraq, əlaqələrimizdə yeni təkan əldə edəcəyik”./modern.az


MANŞET XƏBƏRLƏRİ