Mən burada çox qala bilmirəm, İranda baş verən faciəvi hadisəyə görə qayıtmalıyım, yaxın gələcəkdə yenə gələcəm.
Turkustan.az-ın xəbərinə görə, bunu İran Prezidenti Məsud Pezeşkian Azərbaycan Prezidenti İlham Əliyevlə mətbuata bəyanatda bildirib.
İran Prezidenti deyib ki, burada özünü yad hiss etmir: “Mən özümü Təbrizdəki, Ərdəbildəki kimi hiss edirəm. İnşallah, əlaqələrimiz iqtisadi, siyasi, hərbi və digər sahələrdə inkişaf edəcək”./APA