Azərbaycanda bu şəxslərə 2500 manat veriləcək - SƏRƏNCAM


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İkinci Dünya müharibəsində Qələbənin 80-ci ildönümü münasibətilə müharibə iştirakçıları və onların ailələrinə birdəfəlik maddi yardım ayrılması ilə bağlı Sərəncam imzalayıb.

Sərəncama əsasən, 1941–1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə 2 500 manat, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, orden və medallarla təltif edilmiş arxa cəbhə əməkçilərinə, döyüş cəbhələrinin arxa hüdudlarında və donanma zonalarında tapşırıqları yerinə yetirmiş şəxslərə, Leninqradın müdafiəsi və mühasirəsində iştirak edənlərə isə 1 250 manat məbləğində birdəfəlik maddi yardım veriləcək.

Maddi yardımın icrası məqsədilə Prezidentin ehtiyat fondundan 3,2 milyon manat vəsait ayrılacaq. Həmin vəsait Maliyyə Nazirliyi tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xüsusi hesabına köçürüləcək. Yardımların paylanmasını isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi təmin edəcək.

Nazirlər Kabinetinə isə bu Sərəncamdan irəli gələn digər məsələlərin həlli tapşırılıb.


MANŞET XƏBƏRLƏRİ