Məmmədbağır Əliyev “Şərəf” ordeni ilə təltif edilib.
Turkustan.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
O, Azərbaycan ilə Rusiya arasında əlaqələrin inkişafında böyük xidmətlərinə və uzunmüddətli səmərəli ictimai fəaliyyətinə görə təltif olunub.
Qeyd edək ki, Ümumrusiya Azərbaycanlılar Konqresinin ilk prezidenti olan alim Məmmədbağır Əliyev bu gün 70 yaşını qeyd edir.