Onlara xüsusi təqaüdlər veriləcək - Sərəncam


Prezident İlham Əliyev gənc istedadlara xüsusi təqaüdlərin verilməsi haqqında sərəncam imzalayıb.

Turkustan.az xəbər verir ki, sərəncama əsasən adları “Qızıl kitab”a yazılmış gənc istedadlara xüsusi təqaüdlərin verilməsi məqsədilə Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə 98 794 manat məbləğində vəsait ayrılıb.

Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan maliyyələşməni təmin etməli, Mədəniyyət Nazirliyi bu sərəncamdan irəli gələn məsələləri həll etməlidir.

Bu sərəncam imzalandığı gündən qüvvəyə minir. /axar.az/


MANŞET XƏBƏRLƏRİ

PrevNext
Aprel 2025
B.E.Ç.A.Ç.C.A.C.Ş.B.
 123456
78910111213
14151617181920
21222324252627
282930