Həmin qılıncın üzərində nə yazılıb... - VİDEO


Prezident İlham Əliyev fevralın 21-də Türkiyə Böyük Millət Məclisinin deputatı, parlamentin Milli Müdafiə Komissiyasının sədri, sabiq milli müdafiə naziri Hulusi Akarı qəbul edib.

Görüş zamanı Azərbaycan və Türkiyə arasındakı qardaşlıq, dostluq və strateji müttəfiqlik münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb. Dövlət başçısı və Hulusi Akar iki ölkənin parlamentləri arasında əməkdaşlığın daha da genişləndirilməsi məmnunluqla qeyd edilib.

Məlumata görə, görüşdə Hulusi Akarın Prezident İlham Əliyevə xatirə hədiyyəsi xüsusi diqqət çəkib.

Sabiq nazir Azərbaycan liderinə üzərində ərəbcə "Bismillahi-rəhmani-rəhim. Mən parlaq qələbə qazandım" sözləri yazılmış qılınc təqdim edib. Hədiyyə Azərbaycanın Vətən müharibəsində qazandığı şanlı qələbəni və ölkələrimiz arasındakı sarsılmaz birliyi simvolizə edir.

Qeyd edək ki, qılınc tarixi ənənələrə və döyüşçü ruhuna hörmətin bir ifadəsi kimi dəyərləndirilir. Türk dünyasında qılınc yalnız bir döyüş aləti deyil, eyni zamanda cəsarətin, gücün və liderliyin rəmzi kimi qəbul edilir. Tarix boyu türk sərkərdələri və dövlət başçıları qılıncı həm döyüş meydanında, həm də hakimiyyətin və ədalətin simvolu kimi istifadə ediblər.

Qılınc eyni zamanda Türk dünyasında qardaşlığın və birliyin güclənməsini simvolizə edərək, ortaq tarixi və mədəni bağları vurğulayır. Hulusi Akarın Prezident İlham Əliyevə təqdim etdiyi qılınc da bu tarixi ənənənin davamı hesab edilir, Azərbaycan və Türkiyə arasındakı sarsılmaz əlaqələri tərənnüm edir./moddern.az


MANŞET XƏBƏRLƏRİ